Türkiyədə PKK daha 3 əsgəri şəhid edib - YENİLƏNİB

Türkiyədə PKK daha 3 əsgəri şəhid edib - YENİLƏNİB backend

Türkiyənin Diyarbəkir şəhərində PKK terrorçuları ilə baş verən atışmalarda şəhid sayının 3-ə qalxdığı bildirilib. Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Lice qəsəbəsində dünəndən bəri terrorçularla mübarizə aparılır. Günün ilk yarısına qədər bir şəhid xəbəri yayılsa da, gecə saatlarında şəhid sayının 3-ə qalxdığı bildirilib. Türkiyənin Müdafiə Nazirliyi bu faktı təsdiqləyib.

Türkiyədə PKK terrorçularına qarşı keçirilən əməliyyat zamanı 1 əsgər şəhid olub, daha 3 əsgər yaralanıb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, əməliyyatın aparıldığı Diyarbəkir bölgəsinin rəhbərliyi və Türkiyə Baş Qərargahı faktı təsdiqləyib.

Əməliyyat zamanı terror qrupunun bir neçə üzvü zərərsizləşdirilib.
Diaspora