Prezident İlham Əliyevin təşəbbüsü ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Banklar Assosiasiyası arasında əməkdaşlıq çərçivəsində icra olunan “Özünüməşğulluğa Dəstək Layihəsi” davam edir.
Ötən il layihənin yeni mərhələsi kimi daha 500 özünüməşğulluq proqramı iştirakçısına banklar tərəfindən aktivlər verilməsinə başlanıb. Onlardan artıq 300-nə seçdikləri sahələr üzrə mal və materiallar təqdim edilib.
Uğurlu sosial tərəfdaşlıq və korporativ sosial məsuliyyət nümunələrindən olan, 21 bankın qoşulduğu Layihə özünüməşğulluq proqramının genişləndirilməsinə mühüm dəstəkdir.
Ümumilikdə ötən dövrdə banklar tərəfindən “Özünüməşğulluğa Dəstək Layihəsi” üzrə 1300-dək özünüməşğulluq proqramı iştirakçısına aktivlər verilməklə kiçik biznesləri yaradılıb.
Aktivlərlə təmin edilən həmin şəxslərin böyük hissəsi şəhid ailəsi üzvləri və Vətən müharibəsi iştirakçılarıdır.