"Shell plc"nin Direktorlar Şurası "Qazprom" və əlaqəli təşkilatlarla birgə müəssisələrdən, o cümlədən "Saxalin-2" maye qaz istehsalı zavodundakı 27,5 faiz, "Salym Petroleum Development" və Qdansk enerji müəssisəsindəki 50 faizlik payından çıxmaq niyyətini açıqlayıb.
"Globenewswire"nin verdiyi məlumata görə, "Shell" həmçinin "Şimal axını 2" qaz kəməri layihəsində iştirakını dayandırmaq niyyətindədir.
2021-ci ilin sonunda "Shell"in Rusiyadakı bu müəssisələrdəki dövriyyədənkənar aktivləri təxminən 3 milyard dollar təşkil edib.
Trend.az