Elektrik enerjisi hasil edən klaviatura təqdim edilib

Elektrik enerjisi hasil edən klaviatura təqdim edilib backend

ABŞ-ın Corciya Texnologiya İnstitutunda çalışan alimlərin Kaliforniya Universiteti və Çinin Elmlər Akademiyasındakı həmkarlarla birgə yaratdığı klaviatura elektrik enerjisi hasil edir, sahibinin kompüterini icazə olunmamış girişdən qoruyur, həmçinin çirki kənarlaşdırmaq imkanına malikdir. Qeyri-adi qurğuya həsr edilmiş məqalə "ACS Nano" jurnalında dərc edilib.

Bildirilir ki, klaviatura daxili ötürücülərin köməyilə öz daimi istifadəçisini təyin etmək imkanına malikdir. Belə ki, tədqiqatçılar hesab edirlər ki, hər bir istifadəçinin çap tərzi kifayət qədər unikaldır.
QAZİLƏR.AZ saytı "hitech.newsru.com" saytına istinadən bildirir ki, təhlil nəticəsində toplanılmış məlumatlar qurğuya icazə olunmamış giriş edilməsinin qarşısını almağa imkan verir. Klaviaturadan cinayətkar istifadə etdikdə, onun sahibi xüsusi siqnalla bu haqda bildiriş alacaq. Nəticədə klaviaturanın sahibi olmadığı müddətdə yığılmış bütün mətni bərpa edəcək.
Qeyri-adi klaviatura, həmçinin düymələrin sıxılmasından yaranan mexaniki enerjini elektrik enerjisinə çevirməyə imkan verir. Məqaləyə əsasən, dəqiqədə 100 simvol çap sürəti ilə başqa cihazları enerji ilə doldurmaq olar.
Diaspora