İqtisadiyyat və Sənaye Nazirliyi (İSN) yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında monitorinqləri davam etdirir. Növbəti monitorinqlər zamanı Bakının Nərimanov, Sabunçu, Xətai, Suraxanı, Nizami, Yasamal, Xəzər rayonlarında, eləcə də Sumqayıt, Gədəbəy, Beyləqan, Zərdab, Qusar və Lənkəranda mağazalarda saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.