“Neft Daşları” yatağında yeni quyu qazılır

“Neft Daşları” yatağında yeni quyu qazılır backend

“Neft Daşları” yatağındakı 418A nömrəli estakadayanı meydançadan 2613 nömrəli quyuda qazma işləri uğurla davam etdirilir.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” neft və qazçıxarma idarəsinin sifarişi ilə kompleks qazma işləri tresti tərəfindən qala lay dəstəsinə qazılan quyunun layihə dərinliyi 1370 metrdir. Quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.
Diaspora