Bu ilin ilk ayında ölkədə 3,6 mlrd. manatlıq və ya əvvəlki ilin eyni ayı ilə müqayisədə 4,4% çox ümumi daxili məhsul istehsal olunub.
“APA-Economics”in Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, qeyri-neft sektorunda 5,5%, neft-qaz istehsalı və emalı sahələrində isə 3,1% artım qeydə alınıb.Yanvar ayında ÜDM-in 34,0%-i sənayedə, 10,6%-i tikintidə, 10,3%-i ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, 6,6%-i nəqliyyat və anbar təsərrüfatında, 3,4%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 2,9%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində, 2,4%-i informasiya və rabitə xidmətlərində, 19,8%-i sosial və digər xidmətlər sahəsində istehsal edilmiş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,0%-ni təşkil edib.