Bu gündən bu sahələrə yeni rüsumlar tətbiq olunur

Bu gündən bu sahələrə  yeni rüsumlar tətbiq olunur backend

Bu gündən Azərbaycanda avtomobillərin dövlət qeydiyyat nişanlarında əks olunan rəqəmlərlə bağlı dövlət rüsumları qüvvəyə minir.

Bu, "Dövlət rüsumu haqqında" Qanuna yanvarın 1-dən qüvvəyə minən dəyişikliklərdə əksini tapıb.

Belə ki, bu gündən 001, 002, 003, 004, 005, 006, 007, 008, 009 nömrələrin seriyası müxtəlif hərflərdən ibarət olduqda 2 000, seriyası eyni hərflərdən ibarət olduqda 3 000 manat; 100, 200, 300, 400, 500, 600, 700, 800, 900 nömrələrin seriyası müxtəlif hərflərdən ibarət olduqda 1 500, seriyası eyni hərflərdən ibarət olduqda 2 000; 111, 222, 333, 444, 555, 666, 777, 888, 999 nömrələrin seriyası müxtəlif hərflərdən ibarət olduqda 1 000, seriyası eyni hərflərdən ibarət olduqda 1 500 manat dövlət rüsumu tutulacaq.

*****

Bu gündən Azərbaycanda nikahın qeydə alınması və pozulmasına görə yeni rüsumlar qüvvəyə minib.

Bu, "Dövlət rüsumu haqqında" Qanuna dəyişikliklərdə əksini tapıb.

Belə ki, nikahın qeydə alınması üçün dövlət rüsumu 5 manatdan 10 manata qaldırılıb.

Bundan başqa, yetkinlik yaşına çatmamış ümumi uşaqları olmayan ər-arvadın qarşılıqlı razılığı, həmçinin məhkəmə qətnaməsi əsasında (qətnamədə dövlət rüsumunun tərəflərdən hansının ödəməli olduğu göstərilmədikdə, qeydiyyat üçün birinci müraciət etmiş tərəfdən) nikahın pozulmasının qeydə alınması üçün dövlət rüsumunun məbləği 15 manatdan 20 manata dəyişdirilib.

*****

Bu gündən Azərbaycanda sürücülük vəsiqəsinin verilməsi və dəyişdirilməsinə görə yeni rüsumlar tətbiq olunacaq.

Bu, "Dövlət rüsumu haqqında" Qanuna dəyişikliklərdə əksini tapıb.

Belə ki, yanvarın 1-dən avto-moto nəqliyyat vasitələrinin, tramvay və trolleybusların idarə olunmasının milli və beynəlxalq sürücülük vəsiqəsi üçün rüsumlar 20 manatdan 40 manata qaldırılıb.

- Avto-moto nəqliyyat vasitələrinin, tramvay və trolleybusların idarə olunmasının milli və beynəlxalq sürücülük vəsiqəsinin alınması üçün imtahanların təkrar qəbuluna görə rüsum 10 manat artırılaraq 20 manat məbləğində müəyyənləşib.

- Digər sürücülük vəsiqəsi, o cümlədən traktorçu maşinist vəsiqəsi üçün rüsum artırılaraq 10 manat məbləğində müəyyənləşib. Əvvəl bu rəqəm 5 manat idi.

*****

Bu gündən Azərbaycanda xarici pasportların alınması və itirilməsinə görə yeni rüsumlar tətbiq olunacaq.

Bu, "Dövlət rüsumu haqqında" Qanuna dəyişikliklərdə əksini tapıb.

Belə ki, ümumvətəndaş pasportları on iş günü müddətində verildikdə və ya dəyişdirildikdə, yaxud Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxslərin təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlı hallarda iki iş günü müddətində verildikdə və ya dəyişdirildikdə:

- bir yaşınadək uşaqlar üçün 10 manatdan 15 manata;

- bir yaşından üç yaşınadək uşaqlar üçün – 20 manatdan 25 manat;

- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün – 30 manatdan 35 manata

- on səkkiz yaşına çatmış vətəndaşlara – 40 manatdan 60 manata.

Beş iş günü müddətində verildikdə və ya dəyişdirildikdə

- bir yaşınadək uşaqlar üçün –20 manatdan 25 manata

- bir yaşından üç yaşınadək uşaqlar üçün – 40 manatdan 55 manata

- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün – 60 manatdan 75 manata

- on səkkiz yaşına çatmış vətəndaşlara – 80 manatdan 120 manata

Bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə:

- bir yaşınadək uşaqlar üçün – 40 manatdan 55 manata;

- bir yaşından üç yaşınadək uşaqlar üçün – 80 manatdan 115 manata;

- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün – 120 manatdan 155 manata

- on səkkiz yaşına çatmış vətəndaşlara – 160 manatdan 210 manata qaldırılıb.

Bundan əlavə, dəyişikliyə əsasən, Azərbaycan Respublikasının vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə tətbiq edilən rüsumlar da artırılıb.

Belə ki, ümumvətəndaş pasportlarının itirilməsi və ya korlanması ilə əlaqədar yenidən on iş günü müddətində verildikdə:

- bir yaşınadək uşaqlar üçün– 20 manatdan 25 manata;

- bir yaşından üç yaşınadək uşaqlar üçün – 30 manatdan 40 manata;

- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün – 40 manatdan 55 manata

- on səkkiz yaşına çatmış vətəndaşlara – 50 manatdan 75 manata

Beş iş günü müddətində verildikdə:

- bir yaşınadək uşaqlar üçün– 30 manatdan 40 manata

- bir yaşından üç yaşınadək uşaqlar üçün – 50 manatdan 70 manata

- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün – 70 manatdan 100 manata

- on səkkiz yaşına çatmış vətəndaşlara – 90 manatdan 135 manata

Bir iş günü müddətində verildikdə:

- bir yaşınadək uşaqlar üçün– 50 manatdan 65 manata;

- bir yaşından üç yaşınadək uşaqlar üçün – 90 manatdan 125 manata;

- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün – 130 manatdan 165 manata;

- on səkkiz yaşına çatmış vətəndaşlara – 170 manatdan 220 manata qaldırılıb.

Diaspora