Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2019-cu ilin əvvəlindən başlayaraq pensiyaların, sonralar müavinət və təqaüdlərin təyinatı elektronlaşdırılıb.
Nazirlikdən Qaziler.az-a verilən məlumata görə, cari ilin 1 dekabr tarixinədək 254 min pensiya, müavinət, təqaüd təyinatı e-qaydada olmaqla proaktiv şəkildə həyata keçirilib. Onlardan 47 mini pensiya, 207 mini müavinət və təqaüd təyinatı olub.
O cümlədən, bu ilin 11 ayında 128,3 min pensiya, müavinət və təqaüd rəqəmsal infrastruktur üzərindən təyin edilib.
Nazirliyin e-təyinat sistemləri vətəndaşların sosial təminat növlərinə hüquqları yarandığı halda bu hüququn müraciət olunmadan və sənəd təqdim edilmədən avtomatik reallaşdırılmasını təmin edir.