Bakı-Tiflis-Ərzurum qaz kəmərini kameralar izləyəcək

Bakı-Tiflis-Ərzurum qaz kəmərini kameralar izləyəcək backend

Bakı-Tiflis-Ərzurum qaz kəmərinin Türkiyə hissəsində təhlükəsizlik kameraları quraşdırılacaq. Bakı-Tiflis-Ərzurum təbii qaz boru xəttində əlavə təhlükəsizlik tədbirləri həyata keçirilir.

APA TV-nin məlumatına görə, bunu “APA-Economics”ə Türkiyənin Enerji və Təbii Ehtiyatlar Nazirliyinin Enerji tranzit daşıyıcıları idarəsinin rəisi Reha Aykul Muradoğlu bildirib.

“Bakı-Tiflis-Ərzurum boru xəttində təhlükəsizlik kameraları quraşdırılacaq. Əlavə təhlükəsizlik tədbirləri, təbii ki, həyata keçirilir, amma bununla bağlı detallı şəkildə açıqlama verə bilmərəm” deyə Reha Aykul bildirib.

Bakı-Tiflis-Ərzurum boru xəttində qazın nəqlinin bərpasına gəlincə, nazirlik rəsmisi bildirib ki, hal-hazırda partlayış baş verən hissədə boru xətinin təmir-bərpa işləri davam etdirilir. Onun sözlərinə görə qısa zamanda təmir işləri yekunlaşacaq.

Qeyd edək ki, avqustun 4-də Bakı-Tiflis-Ərzurum təbii qaz kəmərinin Türkiyə ərazisində yerləşən Sarıkamış Yağbasan kəndindəki hissəsində PKK-nın hücumu nəticəsində partlayış baş verib və nəticədə bölgəyə mavi yanacağın nəqli dayandırılıb.

Diaspora