Quldurluq və oğurluq yolu ilə pul qazanan şəxslər tutulub

Quldurluq və oğurluq yolu ilə pul qazanan şəxslər tutulub backend

Azərbaycanda quldurluqla məşğul olan şəxslər saxlanılıb.

QAZİLƏR.AZ xəbər verir ki, APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanvarın 17-də narkotik vasitə ilə tutulan Taleh Hüseynovun ətrafında Baş Cinayət-Axtarış İdarəsi və Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun yanvarın 16-da Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş İlkin İsdamov və Fərhad Əliyevlə birgə Rafiq Abdullayevin 18000 manatını və qızıl əşyalarını quldurluq yolu ilə alması, habelə 2012-ci il avqustun 24-də Azər Mehdiyevin, 2014-cü il yanvarın 30-da Aidə Rəhimovanın və 2014-cü il iyulun 8-də Sevindik Əzimovun evlərindən pul və qızıl əşyalar, eləcə də 2012-ci il iyun ayında Sumqayıt şəhər sakini Gülnarə Hacıyevanın evindən 6000 manat və qızıl əşyalar oğurlaması da müəyyən edilib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə İ. İsdamov tutulub.
Diaspora