Sosial sığorta daxilolmaları 10 faizdən çox artıb

Sosial sığorta daxilolmaları 10 faizdən çox artıb backend

Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri tərkibində sosial sığorta daxilolmalarında bu ilin yanvar-oktyabr aylarında ötən ilin eyni dövrünə nisbətən 10,1 % və ya 286,2 mln. manat artım qeydə alınıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Qazilər.az-a verilən məlumata görə, həmin dövrdə sosial sığorta daxilolmaları qeyri-büdcə təşkilatları üzrə 10,5%, büdcə təşkilatları üzrə 4,4% artıb.

Xatırladaq ki, bu ilin 10 ayında DSMF-nin gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 9,5% və ya 380 mln. manat artaraq 4 372 mln. manat, xərcləri 3,7% və ya 146 mln. manat artaraq 4 054 mln. manat təşkil edib. Fondun xərclərinin 97%-i əhaliyə ödənişlərdən ibarət olub.

Diaspora