Ölkədə inflyasiyanın aşağı düşəcəyi tarix açıqlanıb

Ölkədə inflyasiyanın aşağı düşəcəyi tarix açıqlanıb backend

“Gələn ilin ortalarından inflyasiya səviyyəsi aşağı düşməyə başlayacaq”.

“Report”un xəbərinə görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov parlamentin bu gün keçirilən plenar iclasında gələn ilin dövlət büdcəsi zərfinin müzakirəsi zamanı deyib.

“İnflyasiyaya təsir imkanlarının artırılması ilə bağlı Mərkəzi Bank tərəfindən işlər davam etdiriləcək”, - o vurğulayıb.

Baş bankir deyib ki, ərzaq inflyasiyasına diqqət artırılmalıdır: “Ərzaq inflyasiyası daha uzun xarakter daşıya bilər. Bunun əsas səbəbinə quraqlıq və təlabatın böyüməsi daxildir. Ölkənin ərzaq təhülkəsizliyi səviyyəsi yüksəldilməlidir. Bütün istiqamətlərdə azad rəqabət prinsipləri diqqət mərkəzində olmalıdır”.

Diaspora