Bu halda vəzifəli şəxslər cərimə ediləcək

Bu halda vəzifəli şəxslər cərimə ediləcək backend

İnzibati Xətalar Məcəlləsinə yeni maddə əlavə olunur.

Qazilər.az xəbər verir ki, yeni maddəyə əsasən, sığortalı tərəfindən dövlət icbari şəxsi sığorta haqqında qanunvericiliyin pozulmasına, yəni üzrlü səbəbləri olmadan sığortaolunanı dövlət icbari şəxsi sığorta edilməməsinə və qanunla müəyyən edilmiş qaydada və müddətdə dövlət icbari şəxsi sığorta haqqını sığortaçıya ödəməməsinə, hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq ödənilmiş sığorta haqları və sığorta olunanlar barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada və formada sığortaçıya hesabat verilməməsinə görə vəzifəli şəxslər 200 manat məbləğində cərimə ediləcək.

Sığortaçı tərəfindən sığorta ödənişi almaq hüququ olan şəxsə üzrlü səbəblər olmadan qanunla müəyyən edilmiş qaydada və müddətdə sığorta ödənişinin verilməməsinə görə vəzifəli şəxslər 100 manat məbləğində cərimə olunacaq.

loading...
Diaspora