Taner Yıldız: TANAP sürətli templə reallaşdırılır

Taner Yıldız: TANAP sürətli templə reallaşdırılır backend

Trans-Anadolu qaz kəmərinin (TANAP) tikintisi layihəsinin reallaşdırılması sürətli templə davam edir. Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız deyib.

Onun sözlərinə görə, TANAP-ın daxil olduğu "Cənub Qaz Dəhlizi" Avropa üçün çox vacib layihədir: "Ankaranın alternativ enerji layihələri axtarışında olmasına baxmayaraq, TANAP onun prioritetlərindən biridir".

T.Yıldız qeyd edib ki, TANAP-ın reallaşdırılması üçün heç bir siyasi və texniki problem yoxdur.
Diaspora