Avropada qazın qiyməti tarixi rekordu bir daha yenilədi

Avropada qazın qiyməti tarixi rekordu bir daha yenilədi backend

Sentyabrın 30-da keçirilən ticarət sessiyasında Avropadakı qazın qiyməti tarixi rekordunu bir daha yeniləyib və 1000 kubmetr üçün 1190 ABŞ dollarına yaxınlaşıb.

TASS xəbər verir ki, bunu ICE birjasının məlumatları sübut edir.

Hollandiyadakı TTF mərkəzində noyabr fyuçerslərinin qiyməti 1000 kubmetr üçün 1187,45 ABŞ dollarına çatıb. Günün əvvəlindən etibarən qazın ümumi artımı 13 %-dən çoxdur.

Bu həftənin əvvəlində Avropada qazın qiyməti tarixdə ilk dəfə olaraq 1000 kubmetr üçün 1000 ABŞ dollarını keçdi.

Diaspora