Azərbaycan əsilli biznesmenlər dünyaya səs salır

Azərbaycan əsilli biznesmenlər dünyaya səs salır backend

Bu gün Moskvada Avropanın ən böyük elmi-maarifləndirici okeanoqrafik mərkəzin açılışı olub. Mərkəz “Kiyevskaya ploşad” şirkətinin sahibləri Azərbaycan əsilli biznesmenlər Qod Nisanov və Zarax Əliyev tərəfindən tikilib. Bu əzəmətli binanın ilk qonağı Rusiya Prezidenti Vladimir Putin, Moskva meri Sergey Sobyanin və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbül oğlu da olublar.

Sergey Sobyanin Rusiyanın dövlət başçısına və Azərbaycan səfirinə inşaat işləri, sərginin ərazisi ilə bağlı görülən işlər haqqında məlumat verib.



Avropanın ən böyük akvariumunda insanlara nümayiş olunan balinaların qeyri-adi hərəkətləri hamını heyran qoyub. Nəhəng balıqların rəqsi, tullanma manevrləri, futbol oynamaları uşaqdan tutmuş böyüyə qədər hamıya zövq verib.



“Mən gördüyüm hər bir mənzərədən zövq aldım, elə bil, buranı, məhz, uşaqlar üçün tikiblər.”- deyə izləyicilərdən biri razı halda danışıb.

"Moskvarium" sərgi binanısının yalnız bir hissəsini təşkil edir. Hansı ki, geniş su hövzəsindən ibarətdir.



Binanın digər hissələri isə konsert zalından, botanika bağından, Londonda yerləşən Hayd-Parkdan 3 dəfə böyük parkdan, Qazaxıstan və Azərbaycan pavilionundan ibarətdir.

Lakin binanın bəzi hissələri köhnə olduğu üçün bərpa olunancaq. Onlardan biri də keçmiş Azərbaycan SSR-nin pavilyonudur. Bu pavilion məşhur azərbaycanlı memarlar Mikayıl Hüseynov və Sadıq Dadaşovun layihəsi üzrə yaradılıb.



Bu barədə Prezident Vladimir Putinə məlumat verən Azərbaycan səfiri Polad Bülbüloğlu vurğulayıb ki, Heydər Əliyev Fondu tərəfindən pavilyonun yenidən qurulması və bərpası planı hazırlanıb. İşlər başa çatdıqdan sonra burada Azərbaycanın mədəni-tarixi irsi təqdim ediləcək. Bunun üçün Azərbaycan və Rusiya arasında lazım olan bütün sənədlər imzalanıb və tezliklə bu istiqamətdə işlər başlanılacaq.

http://www.1tv.ru/news/polit/289313
Diaspora