Baş nazir Əli Əsədovun sədrliyi ilə Azərbaycan Respublikasının 2022-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəricilərinin müzakirəsinə həsr olunmuş Nazirlər Kabinetinin geniş iclası keçirilib.
Qazilər.az xəbər verir ki, iclasda Azərbaycanda COVID-19 xəstəliyinin əhaliyə mənfi təsirinin minimuma endirilməsi və vəziyyətin nəzarətdə saxlanılması ilə bağlı həyata keçirilən praktiki tədbirlərdən söhbət açılıb.
Bildirilib ki, 2022-ci ildə də pandemiya ilə mübarizə məqsədilə dövlət büdcəsində müvafiq məbləğdə vəsait nəzərdə tutulub.