“Şahdəniz“ qazı azaldı

“Şahdəniz“ qazı azaldı backend

"Şahdəniz" platformasından hasil olunan təbii qazın həcmi avqustun 2-dən başlayaraq tədricən azaldılıb. ANS PRESSin məlumatına görə, bunu "bp-Azərbaycan" şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tamam Bayatlı bildirib. Onun sözlərinə görə, bu, “Şahdəniz” layihəsinin illik iş proqramının bir hissəsi olaraq avqustda “Şahdəniz” platformasının, həmçinin Səngəçal terminalındakı "Şahdəniz" qurğularının planlaşdırılmış dayandırılması proqramının həyata keçirilməsi ilə bağlıdır.

Onun sözlərinə görə, plana əsasən “Şahdəniz” platformasından hasilat avqustun 2-dən başlayaraq tədricən azalacaq və təxminən 20 gün ərzində dayandırılacaq ki, planlaşdırılmış profilaktik işlər, inspeksiya və layihə işləri effektiv şəkildə aparıla bilsin. Bu, planlaşdırılmış bir iş proqramıdır və normal əməliyyatların bir hissəsidir. Həmin proqramın hazırlığına 2014-cü ilin əvvəllərindən başlanıb və proqram üzrə həyata keçirilən işlər 2015-ci ilin illik iş proqramı və büdcəsinə daxil edilib. Platformanın müvəqqəti dayandırılması həmçinin bu ilin hasilat planına da daxil olunub.

T.Bayatlı deyib ki, “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağından (Mərkəzi Azəri, Şərqi Azəri, Qərbi Azəri, Çıraq, Dərinsulu Günəşli və Qərbi Çıraq paltformalarından) hasilat, həmçinin Bakı-Tbilisi-Ceyhan və Qərb Marşrutu İxrac Boru Kəməri vasitəsilə ixrac əməliyyatları normal davam edəcək. Səngəçal terminalının AÇG və İlkin Neft proqramı hissələri də normal işləyəcək, həmçinin Ceyhan və Supsa terminallarında tankerlərin yüklənməsi və yola salınması cədvəli qrafik üzrə davam edəcək.
Bu ilin birinci yarısında Britaniyanın neft və qaz nəhəngi BP Plc şirkətinin xalis zərəri bir il əvvəlki 6,89 milyard dollara qarşı 3,22 milyard dollar təşkil edib. Bir adi səhmə düşən zərər 17.62 dollar olub.

İlin birinci yarısında şirkətin gəliri bir il əvvəlki 188 milyard dollarla müqayisədə 38% azalaraq 116.72 milyard dollar təşkil edib.
Ikinci rübündə xalis zərər 5.8 milyard dollara çatıb. Rüblük zərər bi adi səhmə düşən rüblük zərər 31.38 dollar olub. Rüblük gəlir 61.8 milyard dollar təşkil edib ki, bu da bir il əvvəlki göstəricidən 36% azdır.

SOCAR şirkətinin ümumi aktivləri 2014-cü ilin nəticəsinə görə 2013-cü ildə təqribən 23,05 milyard manata qarşı 24,07 milyard manat təşkil edib. Bu barədə SOCAR-ın keçən il ərzindəki maliyyə fəaliyyəti haqqında hesabatında deyilir. Hesabatda bildirilir ki, cari aktivlərə 7,8 milyard manat, uzunmüddətli aktivlərə isə 16,27 milyard manat ayrılıb.

SOCAR şirkətinin ümumi kapitalı 2013-cü ildə 10,23 milyard manat olubsa, 2014-cü ildə 11,06 milyard manat təşkil edib. Belə olan halda Dövlət Neft Şirkətinin nizamnamə kapitalı 2013-cü ildə 1,32 milyard manata qarşı təqribən 1,5 milyard manat təşkil edib.
Diaspora