...Uşaqlarımızın üzünə baxa bilmirik – Qazilər yazırlar

...Uşaqlarımızın üzünə baxa bilmirik – Qazilər yazırlar backend

“Hörmətli, QAZİLER.AZ saytı. 1-ci qrup Qarabağ qazisiyəm. Beynəlxalq Mətbuat Mərkəzindəki müzakirə etdiyiniz məsələlərə görə (“Qarabağ qaziləri” və “Vətən Müharibəsi Əlilləri” birlikləri Azərbaycan Respublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Qarabağ əlillərinin problemlərinin həllinə dəstək” layihəsi çərçivəsində I konfransını keçirilməsini nəzərdə tutur. qaziler.az) sizlərə minnətdarlığımı bildirirəm. Allah köməyiniz olsun! Sonda pensiyamızın bütün pensiyalardan aşağı səviyyədə olması ucbatından aldığımızın yalnız kommunal xidmətlərə və quru çörəyə çatdığını hökumətin diqqətinə çatdırmağınızı rica edirəm. Əlil qardaşlarımızın vəziyyəti getdikcə ağırlaşır, uşaqlarımızın üzünə baxa bilmirik...”

Bu məktubu QAZİLER.AZ saytının elektron poçtuna 1-ci qrup Qarabağ qazisi (əlili) Əkbərov Oqtay Mirzəyar oğlu yazıb. Məsələ ilə Qarabağ Qaziləri Birliyinin sədri Etimad Əsədovun fikrini də sizlərə təqdim edirik:

“Əziz Qazi qardaşımız! Biz sizin bu qısa, amma vəziyyəti tam əks etdirən məktubunuzu ürək ağrısı ilə oxuduq. Əslində vəziyyətin necə ağır olduğunu biz də bilirik. Və bunun düzəlməsi üçün uzun illərdir imkanlarımız daxilində mübarizə aparırıq, əlimizdən gələni edirik. Düzdür, dövlət də bu istiqamətdə xelyi işlər görür, bir sıra məsələlərdə, müsbətə doğru dəyişiklik var. Amma hələ də pensiya sahəsində vəziyyət ürək açan deyil. Pensiya nədir, uzun illərdir Şəhidin ailəsi, balası, Qarabağ qazisi öz halalca “qan pulunu” - sığortasını ala bilmir. Artıq atasının qanpulunu ala bilməyən şəhid balası da cəbhədə şəhid olur! Amma hər il öz əmək, məzuniyyət, ezamiyyət haqlarının artırılmasını tələb edən hörmətli Mİllət Vəkillərimizin (bir neçəsini çıxmaq şərti ilə) heç tükü də tərpənmir, qardaş! Biz dəfələrlə bu məsələnin həllinə nal olmaq üçün Şəhid ailələri ilə birgə Milli Məclisin qarşısında olmuşuq. Bilirsiniz o millət vəkilləri bizi necə yuxarıdan aşağı süzürdülər?!! O mənzərəni şərh etməyə söz yetməz, qardaş! Amma ümidimizi üzməmişik, bu məsələni Milli Məclis qarşısında yenə qaldıracağıq. İnanırıq ki, bu problemin də həllinə nail olacağıq. Pensiya məsələsini də müvafiq qurumlar qarşısında qaldıracağıq. Əslində çox iş görmək istəyirik, amma bəzi insanların məsuliyyətsizliyi, məmur özbaşınalığı, səhlənkarlığı, diqqətsizliyi bizə çox mane olur! Bütün bunlara baxmayaraq, bu illər ərzində doğru bildiyimiz yolla yürüdük, nəysə etməyə çalışdıq, gücümüz çatanı etdik, çatmayanlara görə isə, Allah günahkarların cəzasını versin! Necə ki, verəcək! Ruhdan düşməyin!”


Diaspora