Dövlət Sərhəd Xidmətinin hərbi hospitalında ilk dəfə olaraq 2008- ci ilin iyun ayında laparoliftinq üsulu ilə laparoskopik xolesistektomiya əməliyyatı, 2013- cü ilin yanvar ayında isə tək kəsikdən laparoskopik öd kisəsinin çıxarılması əməliyyatı icra olunub.
Lent.az DSX-nın saytına istinadən xəbər verir ki, 2015- ci ilin 23 iyul tarixində Dövlət Sərhəd Xidmətinin hərbi hospitalında Olymrus 190-eksera aparatı vasitəsi ilə, 3D texnologiyası əsasında xüsusi eynək və alətlərdən istifadə etməklə regionumuzda ilk dəfə sterotoksik laparoskopik əməliyyat – öd kisəsinin çıxarılması uğurla həyata keçirilib. 3D texnologiyasının hərbi hospitalda tətbiqi ölkəmizin dünyanın qabaqcıl dövlətlərinin səhiyyə müəssisələri ilə uğurlu əməkdaşlığının nəticəsidir.Dövlət Sərhəd Xidmətinin hərbi hospitalı qabaqcıl və ən müasir texnologiyaların tətbiqi istiqamətində öz fəaliyyətini davam etdirmək əzmindədir.