İqtisadçı alim, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu orta aylıq pensiya məbləğlərinə diqqət çəkib.
Novator.az-ın məlumatına görə, o yazır ki, Azərbaycanda orta aylıq pensiya 193 ABŞ dollarına bərabərdir.
Belarusda orta pensiya 192 dollar, Rusiyada 204 dollar, Qazaxıstanda 219 dollar, Litvada 528 dollar, Estoniyada 577 dollar göstərilir.
Rumıniyada orta pensiya 316 dollar, Slovakiyada 480 dollar, Polşada 660 dollar, Çexiyada 665 dollar, Finlandiyada 1960 dollar ekvivalentindədir.
Azərbaycanda minimum pensiya 200 manatdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2021-ci il iyulun 1-nə olan hesabatına görə, aylıq pensiyanın orta məbləği 328,8 manata çatıb.