Xərçəngin düşməni tərəvəz

Xərçəngin düşməni tərəvəz backend

Kələm şəkər xəstəliyi və artıq çəki ilə mübarizədə ən ideal vasitədir. QAZİLER.AZ-ın ANS PRESS-ə istinadən verdiyi məlumata görə, fol turşusu, B6, C və K vitaminləri ilə zəngin olan bu tərəvəz qəbzlik, mədə xorası, köklük kimi sağlamlıq problemlərinə müsbət təsir edir.

Kələmin tərkibindəki bol miqdarda lifin olması insanlarda mədə xorası, baş ağrısı, həzm sistemi xərçəngi, qəbzlik kimi xəstəliklərin müalicəsində də olduqca faydalıdır. Bundan başqa, kələm həm də allergiya, qızdırma və müxtəlif dəri xəstəliklərinin ağırlaşmasına imkan vermir.
Tərkibində portağaldan daha çox C vitamininin olması sayəsində kələm damaq qanamalarının, dodaq kənarlarında çatlamaların, ekzema kimi dəri xəstəliklərinin, immunitetin zəifləməsinin, infeksion xəstəliklərə yoluxmanın qarşısını alır. Bundan başqa, kələm erkən qocalma, depresiya, Alcqeymer kimi əsəb xəstəliklərindən də qoruyur.
Kələmdəki bol miqdarda kükürd yaralarda mikrobların artmasının qarşısını alır, sağalmanı sürətləndirir, infeksion xəstəliklərə qarşı immuniteti gücləndirir.

Kələm həm də xərçəng və ürək xəstəliyinin yaranmasına səbəb olan sərbəst radikalların təmizlənməsinə kömək edir. Tərkibində bol miqdarda kalsium, maqnezium və kalium var ki, bu da sümüklərin sağlamlığı üçün çox əhəmiyyətlidir. Kalium həm də infarkt və iflic təhlükəsi yaradan qan təzyiqini də normallaşdırır.

Bu tərəvəz eyni zamanda beta karoten mənbəyidir. Bu isə qocalma zamanı yaranan sarı ləkələrin və gözlərdə kataraktanın yaranmasını ləngidir. Beta karotenin daha bir faydası odur ki, bu maddə prostat vəzi xərçəngi riskini azaldır.
Bununla belə, kələmin zərərləri də var. Belə ki, bu tərəvəz zob xəstəliyinin yaranmasına səbəb ola bilər. Çünki tərkibində orqanizmdəki yodu istifadə edən maddələr var. Bu maddələr bişirilərkən yox olur. Amma bişiriləndə C və bəzi başqa vitaminlər də yox olduğu üçün, mütəxəssislər kələmi çiy və ya sirkə ilə hazırlanan turşu olaraq yeyilməsini məsləhət görürlər.
Diaspora