Əvvəldən ödənişli sayğaclar üzrə gələn həftədən etibarən, mexaniki sayğaclar üzrə isə 10 iyul tarixinə qədər sayğacları oxuduqca prosesə başlanılacaq.
Qazilər.az xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin (İB) baş direktoru Ruslan Əliyev deyib.
O bildirib ki, mexaniki sayğaclar üzrə hələ ki, oxunuş həyata keçiriləcək:
“Mexaniki sayğaclar üzrə ayın 10-na qədər əvvəlki tariflərdən istifadə edəcəksiniz. Əvvəldən ödənişli sayğaclarda isə proqram təminatı üzrə ayın 10-a kimi dəyişiklik olacaq. Növbəti aydan etibarən isə artıq iyul ayında işlədilən qaz həcmi yeni tarifdə ödəniləcək”.
Qurumun sədri əlavə edib ki, proseslə əlaqədar yaranacaq suallarla bağlı quruma müraciət edilə bilər.
Oxu.az