Erməni zabiti diz çökdü - Azərbaycanlı idmançının ayaq zərbəsinə

Erməni zabiti diz çökdü - Azərbaycanlı idmançının ayaq zərbəsinə backend

25-26 iyul tarixlərində Gürcüstanın Batumi şəhərində keçirilən kung fu sanda üzrə Qara dəniz kuboku maraqlı anlara səhnə olub. 80 kq-da Azərbaycanı təmsil edən Babək Əliyev İran və Gürcü rəqiblərini məğlub edərək finala çıxıb.

Finalda Babək erməni ordusunun zabiti Razmik Hopsepyanla qarşılaşıb. Görüşdə erməni rəqibinə aman verməyən Babək ayaq zərbəsi ilə onu nakauta salıb. ATV.az- a açıqlamasında Babək bildirib ki, bu qələbəni canım vətənim, millətim adına aldığına görə çox sevincliyəm. “Qələbəmi bu yaxınlarda şəhid olan əsgər qardaşlarıma həsr edirəm”.

Xatırladaq ki, Babək məşhur məşqçi Ruslan Rzayevin yetirməsidir. ATV.az sözügedən döyüşün videosunu təqdim edir.

atv.az
Diaspora