Sabah Bakıda "Cənub Qaz Dəhlizi" Konsultativ Şurasının ilk iclası keçiriləcək. Iclasda layihəyə qoşulan bütün ölkələrdən rəsmi nümayəndələr dəvət edilib.
Yunanıstan, Gürcüstan və Bolqarıstanın energetika nazirləri iştirak edəcəklərini təsdiqləyiblər.İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Klaudio De Vinçenti, həmçinin Avropa komissiyasının vitse-prezidenti Maroş Şefçoviç də tədbirdə iştirak edəcək.
Avropa Komissiyası Bakı görüşünü – Azərbaycan və Avropa Birliyinin birgə təşəbbüsü adlandırıb.
Rusiya mətbuatınının yazdığına görə, rəsmi Bakı "Cənub Qaz Dəhlizi" reallaşdırmaqda Moskvanı qabaqlayacaq.
Bildirilir ki, "Cənub qaz dəhlizi" layihəsinin reallaşdırılması üzrə işlərə gəlincə, hər şey qrafik üzrə gedir: tikinti artıq başlanıb, borular sifariş edilib, podratçılar seçilib. Rəsmi Bakı "Cənub qaz dəhlizi"nin birinci hissəsi olan TANAP layihəsini 2018-ci ilə qədər və TAP layihəsini 2020-ci ilə qədər reallaşdırmağı öhdəsinə götürüb.
Mütəxəssislərin qiymətləndirilmələrinə görə, Azərbaycan Avropaya illik 16 milyard kubmetr qaz çatdırmağı bacaracaq. Daha sonra bu 20 milyard kubmetrə qədər artacaq.
Rusiya mətbuatı yazır ki, "Cənub qaz dəhlizi"ndən fərqli olaraq Rusiya və Türkiyənin təklif etdiyi "Türk axını" hələlik layihə olaraq qalır. Layihənin reallaşdırmasının vaxtı hələlik müəyyən edilməyib.