SOCAR 5,5 min ton metal tullantını utilizasiyaya verib

SOCAR 5,5 min ton metal tullantını utilizasiyaya verib backend

2015-ci ilin birinci yarısında SOCAR-ın 'Qaz İxrac' İdarəsi utilizasiya məqsədilə 5467,337 ton metal tullantını 'Her Engineering” MMC-yə təhvil verib. Trend SOCAR-a istinadən məlumat verir ki, bunu "Qaz İxrac' İdarəsinin təhlükəsizlik, ekologiya və standartların idarə edilməsi şöbəsinin rəisi Əmrah İbrahimov idarənin bu ilin altı ayında gördüyü işlərlə bağlı keçirilən hesabat iclasında deyib.

Bildirilib ki, hesabat dövründə bərk tullantıların və çirkab sularının utilizasiyası məqsədilə zəruri tədbirlər keçirilib və 6,870 ton sürtgü yağı Bakı Neft Emalı zavoduna, 133 kq təhlükəli tullantı Ekologiya İdarəsinin “Qaradağ” Tullantı Mərkəzinə təhvil verilib.

``Qaz İxrac`` idarəsinin rəisi Qağaməli Seyfullayev təhlükəsizlik, ekologiya və standartların idarə edilməsi sahələri istiqamətində səmərəli tədbirlərin həyata keçirildiyini, bir sıra yeniliklərin tətbiq edildiyini, mühüm irəliləyişlərin əldə olunduğunu qeyd edib.

O, eyni zamanda, işçilərin maarifləndirilməsinə, təlimatlandırılmasına və biliklərinin artırılmasına önəm verilməsinin vacibliyini də vurğulayıb.
Diaspora