“İndiki şərtlər daxilində 60 yaş qadınlar, 62 yaş isə kişilər üçün pensiya yaş həddinin müəyyən edilməsinin daha doğru olduğunu düşünürəm”.
Bunu “ARB 24”ün “Nə baş verir?” verilişinə açıqlamasında iqtisadçı Rəşad Həsənov deyib.
O bildirib ki, qeyd edilən yaş həddi ən optimal variantdır:
“Bununla yanaşı, qanunvericiliyə dəyişiklik edilməli, çoxuşaqlı ailə anlayışı dəyişdirilməlidir. Əvvəlki dövrdə 5-dən artıq uşağı olan çoxuşaqlı hesab edilə bilərdi. Lakin bugünkü ailə sektorunda bu belə deyil. 2 milyon 300 min ailənin 1 milyon 100 mini təkuşaqlıdır. Bu kimi vəziyyət nəzərə alınaraq çoxuşaqlı ailə anlayışı 3 və daha çox uşağı olanlara aid olmalıdır”, - o bildirib.