Beynəlxalq Banka yeni mətbuat katibi təyin edilib

Beynəlxalq Banka yeni mətbuat katibi təyin edilib backend

Azərbaycan Beynəlxalq Bankının (ABB) mətbuat xidmətinə yeni rəhbər təyin olunub. “APA-Economics”in məlumatına görə, bu vəzifəyə Yadigar Cəfərli təyin edilib. Qeyd edək ki, Y. Cəfərli bundan əvvəl “Azər Türk Bank” və "Kapitalbank"ın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb.

Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankı mətbuat xidmətinin rəhbəri, jurnalist Rauf Ağayev bu gün tutduğu vəzifədən istefa verib. R.Ağayev fəaliyyətini jurnalist kimi davam etdirəcəyini, yaşıd həmkarları ilə birgə yaratdıqları elektron qəzetdə çalışacağını bildirib.
**
11:16
Azərbaycan Beynəlxalq Bankının mətbuat xidmətinin rəhbəri, jurnalist Rauf Ağayev bu gün tutduğu vəzifədən istefa verib.

Bu barədə “APA-Economics”ə R.Ağayev məlumat verib.

R.Ağayev fəaliyyətini jurnalist kimi davam etdirəcəyini, yaşıd həmkarları ilə birgə yaratdıqları elektron qəzetdə çalışacağını bildirib.

Qeyd edək ki, R.Ağayev 14 il ABB-nin mətbuat xidmətində çalışıb.
Diaspora