Azərbaycan Dövlət Neft Fondu valyuta portfelini genişləndirib

Azərbaycan Dövlət Neft Fondu valyuta portfelini genişləndirib backend

Çin yuanı Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin valyuta tərkibinə əlavə edilib. Trend-in məlumatına əsasən, bu barədə Fondun 2015-ci ilin yanvar-iyun ayları üzrə hesabatında deyilir.

Hesabatda deyilir ki, 2015-ci ilin yanvar-iyun ayları ərzində ARDNF-nin investisiya portfelinin ümumi həcmi 35 726,2 milyon dollar təşkil edib. Bu da ümumi aktiv həcminin 99,8 faizi deməkdir.

2015-ci il I rübünün yekunlarına əsasən, ARDNF-nin investisiya portfelinin 50,1 faizi (təqribən 17,89 milyard dollar) dollarda cəmlənib.

Hesabatda deyilir ki, fondun investisiya portfelinin 34 faizi avro (10,87 milyard avro), 5,1 faizi Britaniya funt sterlinqi (1,17 milyard funt sterlinq), 1,4 faizi Çin yuanı (3 milyard yuan), 1,1 faiz Türkiyə lirəsi, 0,6 faiz Avstraliya dolları, 1,8 faiz Rusiya rublu, 1,2 faiz Koreya vonu, 1,5 faiz digər valyutalarda cəmlənib. Portfelin qalan hissəsi (3,2 faiz və ya 1,4 milyon dollar) qızılda cəmlənib.

2015-ci il iyulun 1-nə olan məlumata görə, ARDNF-nin aktivləri ilin əvvəlindən 3,56 faiz azalaraq 35 783, 3 milyon dollar təşkil edib.
Diaspora