Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən may ayı üzrə ünvanlı dövlət sosial yardımlarının ödənişi yekunlaşdırılıb.
Fondun İctimaiyyətlə əlaqələr departamentindən verilən məlumata görə, ünvanlı sosial yardım vəsaitləri həmin yardım təyin olunmuş ailələri təmsil edən şəxslərin hesablarına köçürülüb.