Bu ilin yanvar ayında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) yanında Milli Depozit Mərkəzi (MDM) nominal qiymət üzrə 301,75 milyon manat həcmində səhmin alqı-satqısı üzrə 474 birja əqdini qeydiyyata alıb. Bu barədə Trend Mərkəzə istinadən məlumat verir.
Yanvarda MDM tərəfindən nominal dəyər üzrə 975,01 min manat həcmində 20 birjadankənar əqd və nominal dəyər üzrə 31,9 milyon manat məbləğində əlavə emissiyaya dair 10 əqd qeydiyyata alınıb.Yanvarda birja əqdlərinin həcmi 7 dəfə artıb. Müqayisə üçün, ötən ilin yanvarında MDM tərəfindən 144,26 milyon manat dəyərində 19 əqd qeydiyyata alınıb.
İllik hesabatda birjadankənar əqdlərin həcmi 71,1 faiz (2014-cü ilin yanvar ayında 176,4 milyon manat dəyərində 315 əqd), əlavə emissiya üzrə əqdlərin həcmi isə 4,8 dəfə (153,94 milyon manat dəyərində 120 əqd) artıb.