Ödəmə kartını avtomatik bloklaşdırmaq mümkün olacaq

Ödəmə kartını avtomatik bloklaşdırmaq mümkün olacaq backend

"AzeriCard" prosesinq mərkəzi öz müştərilərinə məsafəli xidmət olan "Telefon bankçılıq" (Phone Banking) xidmətini təqdim edir.


"AzeriCard" prosesinq mərkəzi öz müştərilərinə məsafəli xidmət olan "Telefon bankçılıq" (Phone Banking) xidmətini təqdim edir.

Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, bu xidmətin köməyi ilə müştərilər xidmətinə zəng vuran kart sahibləri operator ilə əlaqə yaratmayaraq öz kartı ilə bir neçə əməliyyatı etmək imkanı əldə edir: balansı yoxlamaq, kartı bloklaşdırmaq, bloklaşmış PİN kodu açmaq, "SMS Xəbərdarlıq" xidmətinə qoşulmaq.

Xidmətin əsas üstünlüklərindən biri odur ki, itirilmiş və ya oğurlanmış kartların bloklaşdırılmasını operativ və təhlükəsiz şəkildə avtomatik rejimdə həyata keçirmək mümkündür. Buna əlavə, kartda səhvən yığılmış PİN kodların açılması, kartda mövcud olan balansın əldə olunması, "SMS Xəbərdarlıq" xidmətinə qoşulması və ya artıq qoşulmuş nömrələrin dəyişdirilməsi funksiyaları maksimal rahat şəkildə karta məsafədən nəzarət etmək imkanları yaradır.

Növbəti mərhələdə yeni PİN kodun təyin olunması (PIN Set) və mövcud olan PİN kodun yenisi ilə əvəz olunması (PIN Change) kimi funksiyaların əlavə edilməsi planlaşdırılır. Gələcəkdə isə kart transfer funksiallığını da xidmətə əlavə etmək nəzərdə tutulur.
Diaspora