Prokurorluq işçilərinin maaşları iki dəfə artırılır

Prokurorluq işçilərinin maaşları  iki dəfə artırılır backend

Azərbaycanda prokurorluq işçilərinin maddi təminatı gücləndirilir.

“Report”un xəbərinə görə, bununla bağlı “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanuna dəyişiklik təklif edilir.

Dəyişikliklə qanuna 21.2-1-ci maddə əlavə edilir. Yeni maddəyə əsasən prokurorluq işçiləri hər ay vəzifə maaşlarının bir misli məbləğində vəzifə maaşına əlavə alacaqlar.

Qanuna dəyişiklik layihəsi Milli Məclisin aprelin 13-də keçiriləcək plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılacaq.