Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev "Petkim" şirkətinə məxsus olan 51% səhmin satışa çıxarılmasının səbəblərini açıqlayıb.
"APA-Economics"in xəbərinə görə, R. Abdullayev bildirib ki, SOCAR adıçəkilən şirkətdəki payını aldığı müddətdən sonra səhmlərin dəyəri artıb: "SOCAR şirkətdəki səhmlərinin 10%-i dövlətdən, bir qismini də bazardan alıb. Son 2 ildə "Petkim"in səhmlərinin nominal dəyəri 1,8 türk lirəsindən 4,35 lirəyədək artıb. Buna görə, biz bu səhmlərin bir hissəsini satmaq istəyirik. Bu, normal prosesdir".SOCAR-ın “Petkim“dəki payının bir qismini satmasının SƏBƏBLƏRİ açıqlandı

