Rusiya Azərbaycan investisiyalarının qorunmasını təmin edir

Rusiya Azərbaycan investisiyalarının qorunmasını təmin edir backend

Rusiya Federasiyası hökuməti Dövlət Dumasına təqdim edilən Rusiya və Azərbaycan hökumətləri arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında sazişin ratifikasiyasına dair qanun layihəsini təqdir edib. Bu barədə Trend RF Nazirlər Kabinetinə istinadən məlumat verir. Müvafiq saziş ötən il sentyabrın 29-da Həştərxanda imzalanmışdı.

Sazişin ratifikasiyası qarşılıqlı investisiyaların qorunması və investisiya mübahisələrinin həlli sahəsində zəruri normativ-hüquqi baza yaratmağa imkan verəcək.

Sənədə əsasən, investisiyaların məcburi müsadirə və zərərin ödənilməsindən qorunması mexanizmləri konkretləşdirilir. İnvestorların hüquqlarının məhkəmə tərəfindən qorunması tədbirləri, beynəlxalq arbitraj daxil olmaqla investisiya mübahisələrinin həlli prosedurları nəzərdə tutulur. İnvestisiyalarla əlaqədar gəlirlərin və digər ödənişlərin maneəsiz köçürülməsi təmin edilir.

Sazişin qüvvəyə minməsi Rusiya və Azərbaycan investorları üçün uzunmüddətli sabitliyi təmin edəcək.
Diaspora