Yunanıstanla Azərbaycan arasında TAP və DESFA müzakirələri

Yunanıstanla Azərbaycan arasında TAP və DESFA müzakirələri backend

Yunanıstanın ətraf mühit və energetika naziri Panayotis Lafazanis Azərbaycana səfər edəcək.

“APA-Economics”in Yunanıstan mətbuatına istinadən verdiyi məlumata görə, nazir fevralın 12-də keçiriləcək “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi üçün cəlb edilmiş ölkələrin enerji nazirlərindən ibarət Məşvərət Şurasında iştirak etmək üçün Bakıya gələcək.

Mətbuatın yazdığına görə, P.Lafazanis Bakıda Yunanıstanın qazpaylayıcı şəbəkənin operatoru olan DESFA şirkətinin səhmlərinin Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) satılması ilə bağlı müzakirələr aparacaq.

Bununla yanaşı, nazir Azərbaycan rəsmiləri ilə Trans-Adriatik qaz kəmərinin (TAP) reallaşdırılmasını müzakirə edəcək.

Xatırladaq ki, bundan öncə Afinada yerli mətbuata açıqlamasında P.Lafazanis bildirib ki, "Yunanıstan hökuməti DESFA-nın özəlləşdirilməsi məsələsində Avropa Komissiyasının qərarını gözləyəcək və gələcək addımlarını müəyyən edəcək".

Qeyd edək ki, 2013-cü il iyulun 31-də Yunanıstanın Dövlət Əmlakının İdarə Edilməsi Fondu (Hellenic Republic Asset Development Fund, HRADF) DESFA qazpaylayıcı şirkətinin 66%-lik səhm paketinin Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən 400 mln. avroya alınmasına dair sövdələşməni təqdir edib.

2013-cü ilin dekabr ayında SOCAR ilə Yunanıstanın Dövlət Özəlləşdirmə Fondu və “Petroleum” şirkəti arasında “Səhmlərin Alqı-Satqı Müqaviləsi” və “Səhmdarlar haqqında Müqavilə” imzalanıb.

SOCAR DESFA-nın səhmlərinin 31%-ni Yunanıstan hökumətindən, 35%-ni “Hellenic Petroleum SA” şirkətindən alır. DESFA üzərində nəzarətin SOCAR şirkətinə verilməsinə qədər Yunanıstan şirkətinin səhmlər paketinə HRADF tərəfindən nəzarət edilir.

Xəbər verildiyi kimi, Azərbaycan prezidenti İlham Əliyev 2014-cü il fevralın 25-də "Şahdəniz" qaz-kondensat yatağının ikinci mərhələsinin işlənməsi layihəsinin səmərəli idarə olunması, Cənubi Qafqaz, Trans-Anadolu (TANAP) və Trans-Adriatik qaz kəmərlərinin (TAP) genişləndirilməsi ilə bağlı qapalı səhmdar cəmiyyətinin yaradılması haqqında sərəncam imzalayıb.

QSC-nin nizamnamə kapitalı $100 mln. təşkil edir.

Cəmiyyətin kapitalında SOCAR 49%, dövlət 51% pay sahibidir. Azərbaycan Dövlət Neft Fondu dövlətin “Cənub Qaz Dəhlizi” QSC-də pay sahibi kimi iştirakının maliyyələşdirilməsini təmin edəcək. QSC-yə vəsaitlər qaytarılmaq şərti ilə uzunmüddətli investisiyalar şəklində verilir.

Azərbaycan prezidenti İlham Əliyev 2014-cü il fevralın 25-də "Şahdəniz" qaz-kondensat yatağının ikinci mərhələsinin işlənməsi layihəsinin səmərəli idarə olunması, Cənubi Qafqaz, Trans-Anadolu (TANAP) və Trans-Adriatik qaz kəmərlərinin (TAP) genişləndirilməsi ilə bağlı qapalı səhmdar cəmiyyətinin yaradılması haqqında sərəncam imzalayıb.

QSC-nin nizamnamə kapitalı $100 mln. təşkil edir.

Cəmiyyətin kapitalında SOCAR 49%, dövlət 51% pay sahibidir. Azərbaycan Dövlət Neft Fondu dövlətin “Cənub Qaz Dəhlizi” QSC-də pay sahibi kimi iştirakının maliyyələşdirilməsini təmin edəcək. QSC-yə vəsaitlər qaytarılmaq şərti ilə uzunmüddətli investisiyalar şəklində verilir.
Diaspora