Gürcüstanda 1 manat 2 larini ötüb

Gürcüstanda 1 manat 2 larini ötüb backend

Son günlər Gürcüstanın milli valyutası olan larinin əksər xarici valyutalara münasibətdə dəyərsizləşməsi müşahidə edilir.

Qazilər.az xəbər verir ki, lari Azərbaycan manatı qarşısında da ucuzlaşır.

Gürcüstan Milli Bankının rəsmi məzənnəsinə əsasən, sabah 1 manat 2,0052 lari təşkil edəcək ki, bu da bugünkü məzənnəyə nisbətdə 0,0162 lari çoxdur.

Qonşu ölkədə sabah 1 ABŞ dolları 3,4118 lari (+0,0272 lari), 1 avro isə 4,0044 lari (+0,0204 lari) təşkil edəcək.

Qeyd edək ki, Gürcüstan hökuməti larinin məzənnəsinin sabitləşdirilməsi üçün ilk addım olaraq dövlət əmlakının özəlləşdirilməsi prosesini sürətləndirib. Növbəti addım isə ölkənin turizm üçün açılmasından ibarət olacaq.

Report.az

Diaspora