Prezident İlham Əliyev Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
Qazilər.az Qlobal.net=ə istinadla xəbər verir ki, fəxri ad alanlar siyahısında aktyor Oleq Əmirbəyov da var.Azərbaycan teatr və kino aktyoru, televiziya aparıcısı olan Oleq Arnoldoviç Əmirbəyov 16 dekabr 1986-cı ildə Bakı şəhərində anadan olub.
Azərbaycanın əməkdar artistləri Arnold Xarçenko və Rita Əmirbəyovanın ailəsində anadan olmuşdur. 2009-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini dram rejissorluğu ixtisası ilə bitirmişdir. 2010-cu ildən bəri Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında işləyir.
O, həmçinin «AzTv» və «Mədəniyyət» kanallarında televiziya aparıcısı olaraq çalışmışdır. Buna əlavə olaraq, Əmirbəyov 2008-2009-cu illərdə «Mir» telekanalının müxbiri vəzifəsində çalışmışdır.
Evlidir. Cəmil adlı bir oğlu var.