Paşayeva Fəzail Miskinlini təbrik etdi

Paşayeva Fəzail Miskinlini təbrik etdi backend

MM-in Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, saz ifaçısı Fəzail Miskinli ilə görüşüb.

Qazilər.az xəbər verir ki, F.Miskinlini 45 yaşı münasibəti ilə təbrik edən millət vəkili onun sevilən saz ifaçısı, alim və pedaqoq olduğunu deyib.

F.Miskinlinin Türkiyə, Qazaxıstan, Qırğız Respublikası, Macarıstan, Malaziya, Almaniya, Fransa və İspaniyada keçirilən festivallarda xalq musiqisinin ifaçısı olaraq ölkəmizi uğurla təmsil etdiyini, Qazaxıstanın "Qurmanqazi" ödülünə, Qırğız Respublikasının "Manas" ödülünə layiq görüldüyünü, bir neçə folklor müsabiqəsinin laureatı olduğunu xatırladan millət vəkili ona yaradıcılıq uğurları arzulayıb.

Komitə sədri Q.Paşayeva yubilyara komitə adından təbrik məktubu və Qarabağ motivli xatirə hədiyyələri təqdim edib.

Görüşdə RHİMİB sədri Arzu Bağırova iştirak edib.
Diaspora