Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva tanınmış mədəniyyət, incəsənət xadimləri və bir qrup istedadlı yaradıcı gənclə görüşüb.
Qazilər.az xəbər verir ki, əməkdar artist, tanınmış ud ifaçısı Yasəf Eyvazov, əməkdart artistlər Mirnazim və Toğrul Əsədullayevlər, əməkdar artist Sahibə Əhmədova, tanınmış aktyor Fikrət Məmmədov, gənc skripkaçı Canel Nəcəfli, Avstriyanın Linz şəhərindəki nüfuzlu Anton Brükner adına Konservatoriyasında ifaçılıq (fortepiano) ixtisası üzrə təhsil alan Ayan Məmmədova, gənc rəssam Surə Seyidova, Biləsuvar Dövlət Rəsm Qalereyasının rəhbəri Rövşən Cənnətovla görüşlərdə cənab Prezidentin Sərəncamı ilə "Nizami İli" elan edilmiş 2021-ci il içərisində görüləcək işlərdən, eləcə də Şuşanın Mədəniyyət Paytaxtı elan edilməsinin, "Xarıbülbül" festivalı və Vaqif Poeziya Günlərinin bərpasının mədəniyyət, incəsənət xadimlərinin, yaradıcı gənclərin üzərinə qoyduğu mənəvi məsuliyyətdən danışılıb.Komitə sədri tanınmış mədəniyyət, incəsənət xadimlərinin, istedadlı yaradıcı gənclərin müxtəlif məzmunlu qayğıları ilə tanış olub, təkliflərini dinləyib.
Mədəniyyət, incəsənət xadimləri, yaradıcı gənclər səmimi görüş və geniş fikir mübadiləsi üçün Komitə sədrinə təşəkkür edib, xatirə hədiyyələri təqdim olunub.
Komitə sədri, həmçinin xalq rəssamları Arif Hüseynov, Ağəli İbrahimov, Sirus Mirzəzadənin ev muzeylərini ziyarət edib.