Paşayeva xalq artistini təbrik etdi - FOTO

Paşayeva xalq artistini təbrik etdi - FOTO backend

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva xalq artisti, Prezident mükafatçısı, Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri və baş dirijoru Gülbacı İmanova ilə Mədəniyyət Komitəsində görüşüb.

Qazilər.az xəbər verir ki, millət vəkili xalq artistini 65 illik yubileyi münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb.

“Sizi - Dövlət Xor Kapellasının bədii rəhbəri və baş dirijoru olan xalq artistimizi 65 illik yubileyiniz münasibəti ilə təbrik edir, möhkəm can sağlığı, yeni sənət uğurları diləyirik!

Siz uzun müddətdir sənətlə yanaşı, pedaqoji və elmi fəaliyyətlə də məşğulsuz - Bakı Musiqi Akademiyasının Dirijorluq kafedrasının professorusuz.

Sizi Mədəniyyət Komitəsi üzvləri adından bir daha təbrik edir, yeni-yeni uğurlar arzulayıram!”

Xalq artistinə Komitə adından təbrik məktubu təqdim edilib.

Dövlət Xor Kapellasının bədii rəhbəri və baş dirijoru Gülbacı İmanova səmimi görüş və təbrik üçün Komitə sədrinə təşəkkür edib.
Diaspora