Sabir Əhmədlinin kitabı təqdim olundu

Sabir Əhmədlinin kitabı təqdim olundu backend

Bu gün saat 12-də Beynəlxaq Mətbuat Mərkəzində Xalq yazıçısı Sabir Əhmədlinin “Biz yenə qayıdacağıq” adlı kitabının təqdimat mərasimi keçirilib. Kulis xəbər verir ki, tədbirdə Sabir Rüstəmxanlı və Aqil Abbas, yazıçının ailə üzvlərindən - həyat yoldaşı Şaban xanım, qızı Yaqut xanım, oğlu Etibar bəy, eyni zamanda bir çox yazarlar və media mənsubları iştirak edib.

Sabir Əhmədli ilə bağlı xatirələrini bölüşən Sabir Rüstəmxanlı yazıçının yubileyinin “Natəvan” klubunda keçirilməsi təklifini irəli sürüb. Eyni zamanda qeyd edib ki, yubiley tədbirini Azərbaycan Yazıçılar Birliyi həyata keçirməlidir.



Aqil Abbas mərhum yazıçıdan söhbət açarkən deyib ki, Sabir müəllim dəfn olunduğu Binəqədi qəbiristanlığını Fəxri Xiyabana çevirdi.

Qeyd edək ki, təqdimat mərasimində AYB-dən rəsmi nümayəndə iştirak etməyib.
Diaspora