Məşhur kino obrazı "Rembo" İŞİD-ə qarşı mübarizə aparacaq. Lent.az-ın Türkiyə KİV-lərinə istinadən məlumatına görə, 69 yaşlı aktyor Silvester Stallone İŞİD-ə qarşı mübarizə aparacağı bir film çəkdiyini açıqlayıb.
Tanınmış aktyor filmi İraq və Suriyada çəkəcəklərini deyib. İŞİD-ə qarşı mübarizə filminin adı “Last Blood” (Son qan) adlanacaq.Filmin texniki heyətinin İraqda və Suriyada olan peşmərgələrlə əlaqəyə girdiyi bildirilib. Filmin 2016-cı ildə hazır olacağı gözlənilir.
 
                 
            
 
					 
					 
					 
					
 
                                                 
                                             
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                
