Mərhum sənətkarın ad günü keçiriləcək

Mərhum sənətkarın ad günü keçiriləcək backend

Azərbaycanın əməkdar artisti, mərhum sənətkar Nəzakət Məmmədovanın anım günü qeyd ediləcək. Bunu Lent.az-a tədbirin təşkilatçısı, prodüser Humay Muxtarova deyib. O bildirib ki, tədbir fevralın 10-da saat 16:00-da paytaxt restoranlarının birində keçiriləcək: “Layihəni həyata keçirən gənc musiqi araşdırıcısı Ülvi Rzazadədir. Bu işdə ona mən koməklik edirəm. Allahdan Nəzakət xanıma rəhmət diləyirik.”

Xatırladaq ki, 1944-cü ildə Gəncə şəhərində anadan olub. Mərhum sənətkar uşaq yaşlarında atasını itirib. Valideynləri onu müəllim görmək istəyiblər. Məhz onların bu istəyini nəzərə alan gənc qız Bakıya gəlir və Xarici Dillər İnstitutuna daxil olur. Amma gözəl səsi olan gənc Nəzakət musiqidən ayrı yaşaya bilməyəcəyini anlayır və təhsilini yarımçıq qoyaraq 1966-cı ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumuna daxil olur. Onun səsinə ilk qiyməti görkəmli sənətkarlar Əhməd Bakıxanov və Hacıbaba Hüseynov verirlər. Onların qarşısında «Bayatı-Qacar» oxuyan gənc qız hər iki sənətkarın diqqətini cəlb edir. Sonralar təhsilini İncəsənət İnstitutunda davam etdirən Nəzakət Məmmədova bir müddət «Lalə» qızlar ansamblında çalışır. 1968-ci ildə Opera və Balet Teatrına qəbul olunur və 1971-ci ildə tamaşaçılar qarşısına yeni Leylilərdən biri kimi çıxır. O, 1980-ci il oktyabrın 21-də Soçidə dünyasını dəyişib.
Diaspora