Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin Xüsusi fonduna qızıldan olan otuz ədəd ( 16 saxlanma vahidi) material təhvil verilib.
QAZİLƏR.AZ xəbər verir ki, AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bu qızıl əşyaları son illər Azərbaycanın ərazisində arxeoloji qazıntılar zamanı Masallı, Ağstafa, Tovuz, Goranboy, İsmayıllı və Oğuz rayonlarında aşkar edilib.Qeyd edək ki, arxeoloji əşyalardan ən qədimləri Oğuz rayonunu kurqan qəbirlərindən tapılıb. Tapıntıların yaşları 4 min ildən artıqdır.