Bəxtiyar Vahabzadə yaradıcılığı Meksika portalında

Bəxtiyar Vahabzadə yaradıcılığı Meksika portalında backend

“Tecnología industrial” portalı öz səhifələrində müntəzəm olaraq Migel Ernandes, Uolt Uitmen, Konstantinos Kavafis, Frans Kafka, Pita Amor, Xose Emilio Paçeko kimi dünya şöhrətli yazıçı və şairlərin əsərlərinə yer ayırır.

Tərcümə Mərkəzindən Qaziler.az-a bildirilib ki, Meksikanın populyar “Tecnología industrial” (elm, sənaye və ədəbiyyat) portalı və “Más literatura” (“Daha çox ədəbiyyat”) feysbuk ədəbiyyat səhifəsi Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin ispan dilinə tərcümə edilmiş “Özümdən narazıyam”, “Vətən var” şeirlərinə və şairin yaradıcılığı haqqında geniş məlumata yer ayırıb. Şeirlərin ispan dilinə tərcümə müəllifi – Tutuxanım Yunusovadır.

Qeyd edək ki, geniş oxucu kütləsi olan “Tecnología industrial” portalı öz səhifələrində müntəzəm olaraq Migel Ernandes, Uolt Uitmen, Konstantinos Kavafis, Frans Kafka, Pita Amor, Xose Emilio Paçeko kimi dünya şöhrətli yazıçı və şairlərin əsərlərinə yer ayırır.
Diaspora