“Nənələr” folklor qrupunun üzvlərindən biri dünyasını dəyişdi. Lənkəran rayonunun Separadi kəndində fəaliyyət göstərən məşhur “Nənələr” folklor qrupunun üzvü Xanbibi Əzimova bu gün 79 yaşında dünyasını dəyişib.
APA-nın cənub bürosunun məlumatına görə, mərhum kənd qəbiristanlığında torpağa tapşırılıb.Qeyd edək ki, “Nənələr” folklor qrupu 1970-ci ildə yaradılıb. Qrup 1997-ci ilə kimi “Bacılar” adı ilə fəaliyyət göstərib. Repertuarında Azərbaycan və talış dillərində 100-dən çox bayatı və el nəğməsi olan 6 nəfərlik kollektivin mahnı və rəqslərimizin qorunub saxlanmasında, onların gələcək nəsillərə çatdırılmasında xidmətləri olub.
 
                    
                    
                     
                 
            
 
					 
					 
					 
					
 
                                                 
                                             
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                
