İrina Lebedeva Tretyakov qalereyasının direktoru vəzifəsindən azad olunub. Lebedevanın işindən narazı olan Rusiya mədəniyyət nazirliyi belə bir qərar qəbul edib.
Qazilər.az saytı Lenta.ru - ya istinadən xəbər verir ki, direktorun fəaliyyəti mədəniyyət nazirliyini qane etməyib: “Qalereyaya getmek kifayət edir ki, oradakı pis vəziyyəti görə biləsən. Orada komfortlu mühit yaradılmayıb “ . Bu barədə mədəniyyət nazirliyindən olan mənbə bildirib.Tretyakov qalereyasının direktoru işdən azad edilib

