İncəsənət xadimləri Avstriya dövləti tərəfindən ordenlərlə təltif edildi

İncəsənət xadimləri Avstriya dövləti tərəfindən ordenlərlə təltif edildi backend

QAZİLER.AZ Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, 7 sentyabr 2015-ci il tarixində Avstriya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyində Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, rəssam Çingiz Fərzəliyevə Avstriya Respublikasının "Böyük Fəxri Ordeni" və Azərbaycan Respublikasının xalq rəssamı Natiq Əliyevə "Qızıl Fəxri Ordeni"nin təqdimetmə mərasimi keçirildi. İncəsənət xadimlərinə ordenləri Avstriyanın ölkəmizdəki Səfiri Aksel Vex təqdim etdi.



Tədbirdə çıxış edən səfir Aksel Vex Çingiz Fərzəliyev və Natiq Əliyevi Avstriya ilə Azərbaycan arasında mədəni əlaqələrin inkişafında verdiyi töhfələr, görülən işlərə görə öz hökuməti adından təşəkkürünü bildirdi, bu əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə inamını bildirdi.
Səfir Vyanada dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun, Bakıda isə Avstriya bəstəkarı Volfqanq Amadeus Motsartın abidələrinin ucaldılması iki ölkə və xalq arasında dostluq münasibətlərinin göstəricisi olduğunu bildirdi. Motsartın abidəsinin hazırlanmasında rəssam Çingiz Fərzəliyev və heykəltəraş Natiq Əliyevin rolu vurğulandı, incəsənət xadimlərinin öz ölkələri və dünya incəsənəti xəzinəsinə verdikləri töhfə yüksək qiymətləndirildi. Bu istiqamətdə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin himayəsi və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi xüsusi qeyd edildi.
Çingiz Fərzəliyev və Natiq Əliyev Avstriyanın Azərbaycan Respublikasındakı Səfiri Aksel Vexin simasında Avstriya Respublikası Hökumətinə yüksək diqqət və etimada görə dərin təşəkkürlərini bildirdilər.
Xatırlatmaq istərdik ki, 2006-cı il 30 may tarixində Avstriyanın paytaxtı Vyana şəhərində dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun büstünün, 2011-ci il 12 oktyabr tarixində Bakıda dahi Avstriyalı bəstəkar Volfqanq Amadeus Motsartın xatirəsinə ucaldılmışdır abidənin açılış mərasimi keçirildi. Motsatrın abidəsinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avstriya Respublikasının Prezidenti Haynts Fişer iştirak etmişlər.
Diaspora